SUMQAYIT KİMYA SƏNAYE PARKI

09.08.2017 Tender elanı

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Sumqayıt Kimya Sənaye Parkı” MMC aşağıdakı lotlar üzrə açıq tender elan edir.

Tender 2 lot üzrə keçirilir:

Lot 1. Mingəçevir Sənaye Parkının 14.8 hektar ərazisində ətraf təbii mühit və sosial sahənin mövcud vəziyyətinin qiymətləndirilməsi.

Lot 2. Pirallahı Sənaye Parkının 30 hektar ərazisində ətraf təbii mühit və sosial sahənin mövcud vəziyyətinin qiymətləndirilməsi. 

Ardını oxu...

28.07.2017 Yerli istehsalın dəstəklənməsində müəssisələrarası əlaqələrin rolu artır

İyulun 28-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Yerli istehsalın dəstəklənməsi istiqamətində müəssisələrarası əlaqələrin qurulması" mövzusunda tədbir keçirilib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sənayesinin diversifikasiyası, rəqabətqabiliyyətli və ixracyönümlü, innovasiyalara əsaslanan yeni istehsal sahələrinin yaradılması, iqtisadi fəallığın artırılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı kompleks tədbirlər həyata keçirilir.

Ardını oxu...

28.07.2017 Tender elanı

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Sumqayıt Kimya Sənaye Parkı” MMC Sumqayıt Kimya Sənaye Parkının 167.66 hektar ərazisinin teplovoz hərəkətli dalan dəmir yolunun (daxili və xarici) tikintisi işlərinə dair açıq tender elan edir.

Tender 1 lot üzrə keçirilir:

Ardını oxu...

17.07.2017 Bildiriş

“Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən təşviqat materialları və çap məhsullarının satın alınması ilə əlaqədar keçirilmiş açıq tender prosedurunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir. Açıq tenderin nəticələri haqqında Tender komissiyasının qərarına əsasən, “ELAR TREYD” MMC qalib elan edilmiş və MMC ilə müvafiq satınalma müqaviləsi bağlanmışdır.

 

17.07.2017 Bildiriş

Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən Pirallahı Sənaye Parkının ərazisində 630 kVA komplekt transformator məntəqəsinin layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması ilə əlaqədar keçirilmiş təkliflər sorğusu prosedurunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir. Tender komissiyasının qərarına əsasən,“Energetik” Müəssisəsi qalib elan edilmiş və həmin təşkilatlamüvafiq satınalma müqaviləsi bağlanmışdır.

 

17.07.2017 Bildiriş

“Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən Sumqayıt Kimya Sənaye Parkının hasarlanması və nəzarət-buraxılış məntəqələrinin tikintisi işlərinin satın alınması ilə əlaqədar keçirilmiş açıq tenderdə iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir. Açıq tenderin nəticələri haqqında Tender komissiyasının qərarına əsasən,“M-NAF” MMC qalib elan edilmiş və həmin təşkilatlamüvafiq satınalma müqaviləsi bağlanmışdır.

17.07.2017 Bildiriş

“Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən Sumqayıt Kimya Sənaye Parkının 94.13 hektar ərazisində qaz xəttinin tikintisi işlərinin satın alınması ilə əlaqədar keçirilmiş açıq tenderdə iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir. Açıq tenderin nəticələri haqqında Tender komissiyasının qərarına əsasən,“ALP-2010” MMC qalib elan edilmiş və həmin təşkilatlamüvafiq satınalma müqaviləsi bağlanmışdır.

12.07.2017 Pirallahı Sənaye Parkına üçüncü rezident qəbul edilib

Pirallahı Sənaye Parkının yeni rezidenti - "Diamed Co" MMC tərəfindən Sənaye Parkında qabaqcıl Avropa ölkələri, eləcə də Yaponiya və Koreya texnologiyaları əsasında ildə 55-58 milyon ədəd müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı nəzərdə tutulur. Zavodda şpris istehsalı zamanı yerli və xarici xammaldan istifadə edilməsi planlaşdırılır. 

Ardını oxu...

10.07.2017 Mingəçevir Sənaye Parkında milli tekstil brendləri yaradılacaq

Sumqayıt Kimya Sənaye Parkı tərəfindən Mingəçevir Sənaye Parkına ilk rezident qəbul edilib. Bu "Mingəçevir Tekstil" MMC-dir. MMC tərəfindən sənaye parkında Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında ildə 20 min ton iplik istehsal edəcək fabriklər inşa ediləcək. Müəssisələrdə 550 iş yerinin açılması nəzərdə tutulur.

Ardını oxu...

07.07.2017 Bildiriş

“Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən Sumqayıt Kimya Sənaye Parkının rabitə xidmətlərinin təmin edilməsi məqsədilə ATS-dən əraziyə qədər çəkilən FO-24 kabelin davamı olaraq 94.13 hektar ərazidə tikiləcək obyektlərə FO kabellərinin paylanması işlərinin satın alınması ilə əlaqədar keçirilmiş açıq tenderdə iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir.

Ardını oxu...