SUMQAYIT KİMYA SƏNAYE PARKI

Məsləhətlər

“Sumqayıt Kimya Sənaye Parkı” MMC rezidentlərin biznes fəaliyyətinin effektivliyinin artırılmasında maraqlıdır. Məhz bu məqsədlə Müəssisəmiz tərəfindən tərəfdaşlarının işçi heyəti üçün məsləhət xidmətlərini təklif ediləcək. Bu xidmətlər marketinq, reklam, layihələrin idarə və tərtib olunması, planlaşdırma, maliyyə idarəçiliyi, insan resurslarının idarəedilməsi və digər istiqamətləri əhatə edəcək. Məsləhət xidmətlərindən yararlanan müştərilər biznes fəaliyyətinin daha dərin təhlili imkanlarını əldə edəcəklər. Ekspertlərin tövsiyyələri idarəetmədə daha effektiv qərarların qəbul edilməsində yardımçı olacaq.