SUMQAYIT KİMYA SƏNAYE PARKI

Ətraf mühitin monitorinqi xidməti

SKSP-nın idarəedici təşkilatı İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” MMC rezidentlərin fəaliyyətinin ətraf mühitə zərərsiz həyata keçirilməsinə dəstək olacaq. Bu məqsədlə biz rezidentlərə müasir tələblərə cavab verən ekoloji monitorinq xidmətini təklif edəcəyik. Burada həmçinin emissiya olunan qazların ətraf mühitə təsirinin monitorinqi həyata keçiriləcək. Rezidentlərin biznes fəaliyyətinin ətraf mühitə təsiri mütəxəssislərimiz tərəfindən qiymətləndiriləcək və hesabat tərtib edilərək müvafiq tövsiyyələr paketi formalaşdırılacaq. Bizim ekoloji ekzpertizamız, monitorinqlərimiz və məsləhətlərimiz Sizin biznesinizin ətraf mühitə zərərli təsir riskinin azaldılmasına dəstək olacaq.