SUMQAYIT KİMYA SƏNAYE PARKI

“Bir pəncərə” sistemi

Sumqayıt Kimya Sənaye Parkında biznes prosedurlar maksimal dərəcədə sadələşdirilib. SKSP-də rezidentlərin qeydiyyat proseduru elektron formada “bir pəncərə” sistemi vasitəsi ilə həyata keçirilir. Rezidentlər elektron formada yalnız bir instansiyaya müraciət etməklə qeydiyyatdan keçə biləcəklər. SKSP-də “bir pəncərə” prinsipi ilə rezidentlərin qeydiyyatının aparılması mütərəqqi dünya təcrübəsinə əsaslanır.

Parkın rezidentləri biznes fəaliyyətinin rahat təşkil edilməsi üçün bütün zəruri vasitələr və xidmətlərlə təmin ediləcəklər.