SUMQAYIT KİMYA SƏNAYE PARKI

Sərgi-Konfrans Kompleksi

Sumqayıt Kimya Sənaye Parkında ən müasir tələblərə cavab verən Sərgi-Konfrans Kompleksi (SKK) yerləşəcək. Burada fəaliyyət göstərəcək Biznes Mərkəzində işgüzar fəaliyyət üçün zəruri şərait yaradılacaq.

Kompleksin birinci mərtəbəsində fəaliyyət göstərəcək Sərgi salonunda yeni innovativ layihələrin təqdimatı və digər işgüzar tədbirlər keçiriləcək. Burada hər bir rezident öz məhsullarını və istehsal prosesini potensial tərəfdaşlara nümayiş etdirə biləcək. SKSP-nin qonaqları Sərgi salonunu ziyarət etməklə Parkda təmsil olunan bütün şirkətlərin təklif etdikləri məhsullar, həmçinin istehsal prosesi ilə tanış ola biləcəklər. 

Bundan başqa SKK-da yüksək səviyyəli tədbirlərin və işgüzar görüşlərinin keçirilməsi üçün müxtəlif tutumlu konfrans zalları yerləşəcək. Əsas konfrans zalı 400-500 ziyarətçiyə xidmət göstərmək üçün nəzərdə tutulub. Burada beynəlxalq səviyyəli tədbirlərin təşkil edilməsi üçün bütün imkanlar yaradılacaq.