SUMQAYIT KİMYA SƏNAYE PARKI

Qəbul proseduru

Sənaye Parklarında qeydiyyat proseduru maksimal dərəcədə sadələşdirilib:

1. “Sumqayıt Kimya Sənaye Parkı” MMC və müraciət edən hüquqi və ya fiziki şəxs arasında Niyyət Razılaşması imzalanır;

2. “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə qeydiyyat üçün müraciət ərizəsi və ərizəyə əlavə olunan sənədlər təqdim edilir;

3. Müraciət ərizəsi və ərizəyə əlavə olunan sənədlər yoxlanılır;

4. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və qeydiyyata almaqdan imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə idarəedici təşkilat tərəfindən həmin çatışmazlıqlar göstərilməklə, bu barədə ərizəçiyə yazılı məlumat verilir. Ərizəçi həmin çatışmazlıqları aradan qaldırmalıdır; 

5. Çatışmazlıqlar aşkar edilmədikdə ərizəçinin sənaye parkının rezidenti kimi qeydiyyata alınması barədə qərar qəbul edilir; 

6. Rezidentə onun rezident  statusunu təsdiq edən Sənaye Parkının qeydiyyat şəhadətnaməsi təqdim edilir;

7. “Sumqayıt Kimya Sənaye Parkı” MMC ilə Rezident arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə imzalanır;

8. “Sumqayıt Kimya Sənaye Parkı” MMC ilə Rezident arasında müvafiq torpaq icarə müqaviləsi imzalanır.