SUMQAYIT KİMYA SƏNAYE PARKI

Pirallahı Sənaye Parkı

Pirallahı Sənaye Parkı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2016-cı il 14 sentyabr tarixli 2336 nömrəli Sərəncamı ilə yaradılmışdır.

Pirallahı Sənaye Parkının yaradılmasında məqsəd: 

ölkədə qeyri-neft sənaye sahələrinin davamlı inkişafını təmin etmək;

- sənaye sahəsində ə sahibkarlığı dəstəkləmək;

- qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılmasını təşkil etmək;

- əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi;

- əczaçılıq məhsullarının idxalından asılılığın azaltmaq;

- əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviq edilməsi;

əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır. 

Pirallahı Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye, o cümlədən əczaçılıq sənayesi üzrə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi, habelə emal müəssisələrinin yaradılması üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.

Bakı şəhəri, Pirallahı rayonu, Səməd Vurğun küçəsində yerləşən Pirallahı Sənaye Parkının ərazisi 30 hektar torpaq sahəsi təşkil edir.