SUMQAYIT KİMYA SƏNAYE PARKI

Qaradağ Sənaye Parkı

Qaradağ Sənaye Parkı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2015-ci il 3 iyun tarixli 1255 nömrəli Sərəncamı ilə yaradılmışdır.

Qaradağ Sənaye Parkının yaradılmasında məqsəd: 

- ölkədə qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək;

- bu sahədə sahibkarlığı dəstəkləmək;

- müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkil etmək;

- əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır. 

Qaradağ Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi ilə rəqabətqabiliyyətli gəmiqayırma və digər sənaye istehsalı sahələrinin təşkili, xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına əlverişli şərait yaradan ərazidir.

Bakı şəhərinin Qaradağ rayonu ərazisində Bakı-Astara magistral yolunun 25-ci kilometrində yerləşən Qaradağ Sənaye Parkının ərazisi 72 hektar torpaq sahəsi təşkil edir.