SUMQAYIT KİMYA SƏNAYE PARKI

Mingəçevir Sənaye Parkı

Mingəçevir Sənaye Parkı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2015-ci il 26 fevral tarixli 1077 nömrəli Sərəncamı ilə yaradılmışdır.

Mingəçevir Sənaye Parkının yaradılmasında məqsəd: 

- ölkədə qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək;

- bu sahədə sahibkarlığı dəstəkləmək;

- müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalını təşkil etmək;

- əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır. 

Mingəçevir Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.

Mingəçevir şəhərində yerləşən Mingəçevir Sənaye Parkının ərazisi 14,8 hektar torpaq sahəsi təşkil edir.