SUMQAYIT KİMYA SƏNAYE PARKI

İnzibati binalar

Sumqayıt Kimya Sənaye Parkının Sosial zonasında 16 mərtəbəli inzibati bina tikiləcək. Burada rezidentlərə “A” kateqoriyalı ofislər və müxtəlif təyinatlı işgüzar xidmətlər təqdim ediləcək. Burada “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin ofisi, iş otaqları, biznes inkubatorlar, konfrans salonları, toplantı otaqları, Elmi-Texniki Mərkəz, VİP butik otel, restoranlar və digər xidməti sahələr yerləşəcək.